“Kiyevə getməyə hazıram” – Makron şərt qoydu

11.04.2022 - 23:10

Fransa prezidenti Emmanuel Makron səfərinin faydalı olacağı, Rusiya və Ukrayna prezidentləri arasında dialoqun qurulmasına kömək edəcəyi təqdirdə Kiyevə səfər etməyə hazır olduğunu bildirib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, BFMTV telekanalının efirində bildirib.

Makron sonuncu dəfə fevralın əvvəlində Kiyevdə olub.

“Mən Kiyevə və ya Ukraynanın hər hansı başqa şəhərinə getməyə hazıram, ancaq səfirliyi ziyarət etmək üçün ora getmək istəmirəm. Mən istərdim ki, bu səfər prosesdə nəticələrə gətirib çıxarsın, Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında dialoqun qurulmasına kömək etsin”, – deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 9-da Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə səfər edib. O, səfər zamanı Ukrayna Prezidenti ilə təkbətək danışıqlar aparıb, daha sonra Kiyev küçələrini gəzib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173309

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031