Türkiyə F-16-lar üçün ABŞ-a məktub GÖNDƏRƏCƏK
Türkiyənin Milli Müdafiə Nazirliyi yeni F-16 qırıcılarının alınması üçün ABŞ-a daha əhatəli rəsmi məktub göndərəcək.
Cumhuriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalər və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik məlumat verib.
“Türkiyənin təhlükəsizlik ehtiyaclarının qarşılanması ilə bağlı daha geniş məktub göndəriləcək. Türkiyənin öz suverenliyini təmin etmək gücü var”, – deyə o bildirib.
Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısının “Blok 70” versiyasını almağı, mövcud qırıcılardan bəzilərini modernləşdirməyi planlaşdırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=173776