Makron bu gün Putinə zəng edəcək
Fransa prezidenti Emmanuel Makron bu gün Rusiya lideri Vladimir Putinə zəng etməyi planlaşdırır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə AFP agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların başlaması Moskva vaxtı ilə saat 13:00-a planlaşdırılıb.
Xatırladaq ki, Fransa və Rusiya prezidentləri arasında bundan əvvəlki telefon danışığı martın 29-da baş tutub.
Onu da qeyd edək ki, Makronun Ukrayna lideri Volodimir Zelenski ilə əvvəllər təxirə salınmış telefon danışığı olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=174420