12 rus generalın ölümündə ABŞ-ın əli var – İDDİA

05.05.2022 - 15:08

ABŞ kəşfiyyatının döyüş zamanı öldürülən rus generallarla bağlı Ukrayna qüvvələrinə kəşfiyyat məlumatı ötürməsi faktı üzə çıxıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, fevral ayından indiyədək Rusiya ordusunun yüksək səviyyəli itkiləri kəşfiyyat fəaliyyətinin nəticəsidir.

Fevralın 24-dən bəri davam edən müharibədə həyatını itirən 12 rus generalından bəzilərinin ABŞ-ın verdiyi kəşfiyyat məlumatı ilə öldürüldüyü iddia edilir.

Bununla bağlı Rusiya və Ukrayna tərəfindən hər hansı açıqlama verilməyib.

Qəzet bildirir ki, ABŞ-dan Ukrayna ordusuna real vaxt rejimində verilən kəşfiyyat məlumatlarına Rusiya qoşunlarının tez-tez dəyişən mobil qərargahının yeri və Rusiyanın gizli hərbi birləşmələrinin hərəkəti daxildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174560

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031