NATO Baltik dənizində təlimlərə başlayır
NATO ölkələri iyunun 5-dən 17-dək Baltik dənizi regionunda hərbi təlimlər keçirəcək.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Latviyanın BNS agentliyi məlumat yayıb.
Təlimlərdə 14 NATO ölkəsi – ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Hollandiya, Norveç, Polşa və Türkiyə, həmçinin İsveç və Finlandiya iştirak edəcək.
Stokholmda başlayacaq “Baltops” adlı illik hərbi təlimlərdə hərbçilər Baltik dənizi sularında və regionun hava məkanında manevrlər edəcək. Təlimlər Almaniyada başa çatacaq.
Manevrlərdə 4 mindən çox hərbçi, o cümlədən amfibiya-hücum qüvvələri, 60-dan çox təyyarə və 40 müxtəlif gəmi iştirak edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=176234