Zelenski: “Müharibə bu ilin sonunda bitə bilər, amma bir şərtlə ki…”

08.07.2022 - 16:05

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, aktiv hərbi əməliyyatlar bu ilin sonuna qədər bitə bilər. Onun sözlərinə görə, tərəfdaşların köməyi Ukrayna ordusuna vaxtında çatarsa, bu işdə çox kömək edəcək.

Cumhuriyyet.az-ın məlumatına görə, Zelenski bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Müharibə ilin sonuna qədər bitə bilərmi” sualına Zelenski belə cavab verib:

“Əgər partnyorlarımızdan güclü silahlar bizə vaxtında gəlsə, bəxt və Allah tərəfimizdə olsa, ilin sonuna qədər çox şeyə nail ola və bu müharibəni dayandıra bilərik. Bu halda biz heç olmasa müharibənin aktiv fazasını dayandıra bilərik”.

Zelenski daha güclü silahlar şəklində hərbi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib. Ukrayna prezidenti həmçinin, Qərb ölkələrini Ukraynaya mübarizəni davam etdirmək üçün hərbi dəstək verməyə çağırıb.

“Birləşmiş Ştatlar Ukraynaya çox kömək edir, lakin bu, qalib gəlmək üçün kifayət deyil. Bizə bu yardımı artırmalarını istəyirik – biz öz torpağımız üçün mübarizə aparırıq. ABŞ dünya iqtisadiyyatı deməkdir və o bizə silah və maliyyə baxımından kömək edə bilər”, – prezident əlavə edib.

Zelenski qeyd edib ki, ABŞ Avropa ölkələrinin qərarlarına təsir edə bilər və bununla da Ukraynaya siyasi dəstək verə bilər.

“Etiraf etməliyəm ki, Avropanın bəzi ölkələri Rusiya ilə Ukrayna arasında balansın olmasını istəyir. Lakin ABŞ-ın yardımı sayəsində onlar Ukraynaya dəstək verməyə başladılar”, – prezident deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930