Fransa Rusiyadan qaz alışını tamamilə dayandırmağa hazırlaşır

11.07.2022 - 14:44

Fransanın maliyyə naziri Bruno Le Maire bəyan edib ki, Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması ən çox ehtimal olunan ssenaridir.

Cumhuriyyet.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda açıqlamanı nazir Fransanın cənubunda keçirilən konfransda çıxışı zamanı verib. O qeyd edib ki, Rusiyadan qaz nəqlinin tamamilə kəsilməsi ehtimalı yüksəkdir, Fransa bu ssenariyə hazırlaşmalıdır. “Bu ssenarini rədd etmək çox məsuliyyətsizlik olardı”, – deyən nazir çətin qərarı icra edəcəklərini vurğulayıb.

Le Maire söyləyib ki, idxalın dayandırılmasından sonra ilk növbədə şirkətlər və ev təsərrüfatları enerji istehlakını azaltmalıdır. O daha sonra müxtəlif ölkələrdən LNG daşımaları üçün yeni infrastruktur işlərinin aparılacağını bildirib.

Son məlumatlara görə, Fransa ümumi qaz idxalının 17 faizini Rusiyadan təmin edir. Bu, qonşu ölkələrlə müqayisədə aşağı göstəricidir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178356

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031