Dünyada koronavirusa yoluxanlar artıb – ÜST

14.07.2022 - 14:57

Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb.

Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Bu müddət ərzində yoluxmalarda ən çox artım Sakit okean regionunda (28 faiz) və Şərqi Aralıq dənizi regionunda (25 faiz) qeydə alınıb.

İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. Eyni zamanda, ötən həftə ərzində 9,8 min nəfər vəfat edib.

Bu günədək dünyada koronavirusa yoluxanların sayı 553 milyon nəfəri, ölənlərin sayı 6,3 milyon nəfəri ötüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178451

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930