Ermənistan Gürcüstana ağız açdı: yol istəyir

14.08.2022 - 12:50

Ermənistan hökuməti “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsindəki sıxlığı nəzərə alaraq, Gürcüstan tərəfindən alternetiv magistrallar məsələsini nəzərdən keçirməsini xahiş edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, son dövürlər yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib:

“Gürcüstanın tranzit dəhlizi tıxac rejimində işləməkdə davam edir. Müvafiq dövlət orqanlarının fasiləsiz şəkildə, 24 saat işləməsinə baxmayaraq, yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib. Yuxarı-Lars keçid məntəqəsi Ermənistan və Rusiyanı birləşdirən yeganə quru gömrük məntəqəsidir ki, burada da sıxlıq səbəbindən tranzit yüklərin daşınması tez-tez bir neçə həftə gecikir. Bu da Ermənistan Respublikası üçün ciddi problemlərə səbəb olur.

Qeyd olunan problemlə əlaqədar, Ermənistan Respublikası hökuməti Gürcüstan hökumətindən Ermənistanın tranzit yüklərini, ərzaq və tez xarab olan məhsulların Lars sərhəd-keçid məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatı ilə daşınması məsələsinə nəzər salmağı xahiş edir.

Dənizə çıxışı olmayan Ermənistan Respublikası ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir və beynəlxalq ticarətdə iştirak edir. Bu baxımdan Gürcüstanın “Dənizə çıxışı olmayan dövlətlərin tranzit ticarəti haqqında” Beynəlxalq Konvensiyanın üzvü olması əlamətdar bir haldır. Bu konvensiyaya uyğun olaraq, dənizə çıxışı olmayan dövlətlər dənizə sərbəst çıxışa malik olmalı və dənizə sərbəst çıxışdan istifadə etmək məqsədilə sahilyanı dövlətlərlə bərabər şərtlərdə olmalıdırlar”, – deyə məlumatda bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180646

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930