ABŞ Ukraynaya radar əleyhinə raketlər verib

18.08.2022 - 19:33

ABŞ yeni hərbi yardım çərçivəsində Ukraynaya AGM-88 HARM yüksək sürətli radar əleyhinə raketlər təhvil verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb.

Nəşr bildirir ki, Pentaqon raketlərin Kiyevə verildiyini təsdiqləyib, lakin hansı miqdarda olduğu açıqlanmayıb.

Ukraynada radiolokasiya stansiyalarının (RLS) yerini müəyyənləşdirmək və məhv etmək üçün nəzərdə tutulmuş Amerika istehsalı olan raketlərdən istifadə edilməsi barədə məlumat avqustun əvvəlində ortaya çıxıb.

ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul HARM raketlərinin Ukraynaya çatdırılması faktını təsdiqləyib.

İyul ayında ABŞ Ukraynaya 820 milyon dollarlıq yardım paketi çərçivəsində iki qısa və orta mənzilli NASAMS zenit-raket kompleksləri göndəriləcəyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031