78 yaşlı prezident dağdan YIXILDI
Avstriya prezidenti Aleksandr Van der Bellen dağda yığılıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat paylaşıb.
Hadisə zamanı prezidentin bədənində sıyrıqlar yaranıb və yüngül beyin silkələnməsi olub.
Bildirilir ki, 78 yaşlı prezidentin Kaunerqrat təbiət parkında gəzinti zamanı ayağı sürüşüb. Avstriya xüsusi təyinatlıları onu ən yaxın xəstəxanaya aparıb. Ona yüngül beyin silkələnməsi diaqnozu qoyulub. Prezident gecəni xəstəxanada keçirib.
Aleksandr Van der Bellen 2017-ci ildən Avstriya prezidentidir. Avstriyada yeni prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Van der Bellen ikinci müddətə namizəd olmaq istədiyini açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=180962