Ermənilər sülh haqda nə düşünür – SORĞU

07.09.2022 - 22:07

“Azadlıq radiosu”nun erməni xidməti Ermənistan vətəndaşları arasında sorğu keçirib.

 

Cumhuriyyet.az xəbər verir ki, videosorğu zamanı ermənilərin Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqda fikirləri öyrənilib.

 

Respondentlərin böyük əksəriyyəti Azərbaycanla sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu deyib. Onlar digər qonşu ölkələrlə olduğu kimi, Azərbaycan Respublikası ilə da normal qonşuluq şəraitində yaşaya biləcəklərini söyləyiblər.

 

Xüsusən yaşlı nəslin nümayəndələri sülhün vacib olduğunu bildiriblər. Lakin az sayda respondent separatçı mövqe ortaya qoyaraq, Qarabağın Ermənistanın tərkibində qalması şərtilə sülhə razı olduqlarını vurğulayıb.

 

Bir qrup Ermənistan vətəndaşı isə ümumiyyətlə sülhə qarşı olduğunu qeyd edib.

 

Xatırladaq ki, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Budəfəki görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, münaqişə dövründə itkin düşmüş vətəndaşların axtarışı, ərazilərin minalardan təmizlənməsi, eləcə də nəqliyyat kommunikasiya vasitələrinin açılması kimi məsələlər müzakirə edilib, nəticədə müvafiq razılaşmalar əldə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930