Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi

08.09.2022 - 11:37

İndoneziya G20 sammitində Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares RİA Novosti agentliyinə bildirib.

“Bu il G20 sammitinə ev sahibliyi edəcək ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə ev sahibliyi edib – APEC, ASEAN, Şərqi Asiya Sammiti və s. Təbii ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə də sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir”, – səfir deyib.

Bundan əvvəl İndoneziya prezidenti Coko Vidodo bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181621

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930