Ermənistan parlamentində dava düşdü – VİDEO

15.09.2022 - 12:47

Ermənistan parlamentinin sentyabrın 15-də keçirilən iclasında söyüş və təhqirlərlə müşayiət olunan dava-dalaş düşüb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasının deputatları “Hayastan” müxalifət blokundan olan həmkarları, “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyanın bəyanat və müraciətləri ilə razılaşmayıblar.

Qeqam Manukyan baş nazir Nikol Paşinyanın əvvəllər səsləndirdiyi bir sıra tezislərin qəbuledilməzliyini vurğulayıb.

“Biz bir sənəd imzalamaq istəyirik, ona görə çoxları bizi tənqid etməyə, söyməyə və satqın adlandırmağa başlayacaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, biz yenə də razı qalacağıq və minnətdar olacağıq. Xüsusən də bunun nəticəsində 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik tapacaqsa. Mən çox açıq deyirəm: bunu təmin edəcəkqərarı imzalayacağam. Və mənə sonradan nə olacağı maraqlı deyil. Mənə maraqlıdır ki, Ermənistan Respublikasının taleyi nə olacaq”, – Paşinyan bir gün əvvəl parlamentin tribunasından bildirmişdi.

Bu bəyanata cavab olaraq minlərlə vətəndaş parlamentin yaxınlığında kortəbii aksiyaya başlayıb. Sonra Milli Təhlükəsizlik Xidməti medianı günahlandırıb. Bildirlib ki, media hökumət başçısının sözlərini təhrif edib.

G.Manukyanın çıxışı zamanı zaldakı qışqırıq və nida səsləri ona mane olub. Deputatlar Vaaqn Aleksanyan, Kristin Poqosyan və Hasmik Akopyan daha çox fərqləniblər. Erməni deputatlar bir-birlərini təhqir ediblər.

Hakim partiyadan olan parlament sədrinin müavini Akop Arşakyan məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. O, 30 dəqiqəlik fasilə elan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930