Gürcüstan və Polşa birgə PUA istehsal edəcək
Gürcüstan Polşa şirkəti ilə birgə pilotsuz uçuş aparatları (PUA) istehsalına başlayacaq.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze məlumat verib.
“Polşa şirkəti ilə bütün rəsmi proseslər başa çatıb”, – nazir bildirib.
Nazir əməkdaşlıq ediləcək şirkətin adını və PUA-nın modelini açıqlamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=182140