Putinin nüvə hədəsinə Londondan cavab gəldi

21.09.2022 - 13:21


Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğurur və onun hədələri ciddi qarşılanmalıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan deyib.

“Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”, – Britaniya rəsmisi Putinin çıxışına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfindən belə təhdidlər dəfələrlə olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahlı ilə hədələyib. “Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik”, – Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182259

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031