Ərdoğan Putinlə danışıqlar aparacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsi zamanı məlumat verib.
Ərdoğanın sözlərinə görə, telefon danışığı sabah baş tutacaq. O qeyd edib ki, 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir.
“Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik”,- deyə Ərdoğan vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=182823