Zaxarova Paşinyana cavab verdi: “Reallığı xəyalla əvəz etmək olmaz”

29.09.2022 - 19:51

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.

Cumhuriyyet.az xəbər verir ki, Zaxarova üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, razılaşmalarda nəzəriyyə və praktika, gələcək planlar var və sənədlər sadəcə vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzunsürən tarixi münaqişənin tərəfləri arasında imzalanıb.

Zaxarova həm daxildən, həm də xaricdən razılaşmaları dəyişmək istəyənlərin olduğunu bildirib:

“Onlar çox şey vəd verirlər. Söz verməyi bacarırlar. Onların bu illər ərzində gördüyü işin nəticəsi olmadı. Əldə olunan üçtərəfli razılaşmalar isə kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla əvəz etmək olmaz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031