Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı
Rusiya səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Finlandiyadakı səfirinin XİN-ə çağırılmasına səbəb Moskvanın Ukraynanın 4 regionunu öz ərazisinə birləşdirməsi barədə qərar verməsi olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=183113