İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi

06.10.2022 - 19:37

İsveç Təhlükəsizlik Polisi (SAPO) “Şimal axını” sisteminin qaz kəmərlərində sızma yerlərinin təftişini başa çatdırıb.

“Təhlükəsizlik Polisi hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, İsveç iqtisadi zonasında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş verib və boru kəmərlərinə xeyli ziyan dəyib”, – SAPO-nun press-relizində bildirilib.

Təhlükəsizlik Polisi Milli Təhlükəsizlik Baş İdarəsinin prokurorluğunun rəhbərliyi altında “Şimal axını” hadisəsi ilə bağlı ilkin araşdırma aparıb. Hadisə yerinə baxış başa çatdıqdan sonra prokuror Mats Yunqkvist ətraf beş millik zonada naviqasiya qadağasını aradan qaldırıb.

O, cinayət yerindən dəlillərin götürüldüyünü və araşdırılacağını qeyd edərək, “İstintaqın təxribat versiyası ehtimalı güclənib”, – deyə vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183401

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930