Müharibə bu halda bitə bilər – Zelenski şərt irəli sürdü

13.10.2022 - 17:28

“Ukrayna səmasının Rusiyanın raket terrorundan qorunması müharibənin yaxın gələcəkdə bitməsi üçün fundamental addım olacaq”.

Cumhuriyyet.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında onlayn çıxışı zamanı deyib.

O, beynəlxalq ictimaiyyətdən Ukrayna səmasının qorunması üçün kömək istəyib.

Ukrayna Prezidenti həmçinin IRIS-T hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinə görə Almaniyaya da təşəkkür edib.

Eyni zamanda Zelenski xatırladıb ki, hazırda dünyada hava hücumundan müdafiə sistemlərinin güclü istehsalçısı olan cəmi beş ölkə var.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin daha çox çatdırılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Rusiya ordusu oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket hücumuna məruz qoyur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183638

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930