Şoyqu əmr verdi: Rus qoşunları çəkilir

09.11.2022 - 23:40

Müdafiəni Dnepr çayının sol sahili boyunca təşkil etmək məqsədəuyğundur.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın Ukraynadakı qoşunlarının komandanı, ordu generalı Sergey Surovikin müdafiə naziri Sergey Şoyquya məruzəsində deyib.

“Dnepr çayının sol sahilində müdafiə qərarı asan deyil, eyni zamanda biz hərbçilərimizin həyatını və qoşunun döyüş qabiliyyətini xilas edəcəyik”, – Surovikin bildirib.

Sergey Şoyqu da Surovkinə qoşunları Dneprin sol sahilə çəkməsinə icazə verib.

“Qoşunların köçürülməsinə başlayın!” – Şoyqu bildirib.

Qeyd edək ki, Şoyqunun ötən gün “xüsusi əməliyyat”ın keçirildiyi əraziyə getdiyi haqda məlumat yayılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184618

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930