Ərdoğan: “Türkiyə XXI əsrə damğa vurur”

01.12.2022 - 16:06

“Türkiyə son illərin yüksələn ulduzlarındandır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “6-cı Türk Sərmayə Bazarları Konqresi” adlı tədbirin açılışı münasibətilə ünvanlandığı məktubda qeyd edib.

“Güclü səhiyyə infrastrukturu, istehsal gücü, sürətli toparlanma qabiliyyəti və başqa bir çox üstünlükləri ilə ölkəmiz son illərin yüksələn ulduzlarından biridir. Rusiya-Ukrayna böhranının ilk dövrlərindən uğurla davam etdirdiyimiz balanslı və uzlaşdırıcı siyasətimiz Türkiyənin oyunqurucu rolunu daha da gücləndirib”, – deyə məktubda bildirilib.

Türkiyə Prezidentinin məktubunda həmçinin vurğulanıb ki, xarici investorların ölkə iqtisadiyyatına marağı artmaqdadır: “Bu, Türkiyə diplomatiyasına və iqtisadiyyatına duyulan etibarın təzahürüdür. Türkiyə XXI əsrə damğa vuran uğur hekayələri yazmağa davam edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185934

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031