İnfantino: Hər ölkədə Pelenin adına stadion olsun!

02.01.2023 - 20:23

FİFA digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə bazar ertəsi FİFA rəhbəri Canni İnfantino açıqlama verib.

“Biz istəyirik ki, hər bir ölkədə, heç olmasa, Pelenin adını daşıyan bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini əziz edər. Bunun baş verəcəyinə əmin olmalıyıq”, – deyə Canni İnfantino bildirib.

Qeyd edək ki, bu gün Braziliyanın “Santos” klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda dekabrın 29-da 82 yaşında dünyasını dəyişən Pele ilə vida mərasimi keçirilir. İnfantino da vida mərasiminə qatılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186837

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930