İsrail-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib

02.01.2023 - 23:17

İsrailin yeni xarici işlər naziri Eli Koen ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Cumhuriyyet.az-ın məlumatına görə, israilli nazir özünün “Twitter“ səhifəsində bildirib ki, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

“Mən indicə ABŞ dövlət katibi Entoni Blinkenlə danışdım. Digər məsələlərlə yanaşı, biz “İbrahim sazişləri”nin (İsrailin bir sıra ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq üçün əldə etdiyi razılaşmalar – red.) və onların genişləndirilməsinin əhəmiyyətini, eləcə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə hərəkətləri müzakirə etdik”, – israilli nazir yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186863

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031