ABŞ ukraynalı alimlərin yaratdığı nanopeyki orbitə çıxaracaq

03.01.2023 - 10:06

ABŞ bu gün Ukraynanın müstəqilliyinin 30-cu ildönümü üçün ukraynalı alimlər tərəfindən yaradılmış “PolyITAN-HP-30” nanopeykini orbitə çıxaracaq.

Bu barədə Ukrayna Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Departament qeyd edib ki, buraxılış Kanaveral burnundan İlon Maskın “SpaceX” şirkətinin “Falcon-9” daşıyıcı raketindən istifadə etməklə həyata keçiriləcək.

Bildirilib ki, peyk Ukrayna Milli Texniki Universitetinin “İqor Sikorski adına Kiyev Politexnik İnstitutu”nun alimləri tərəfindən büdcə vəsaitinə yaradılıb.

Nanopeyk orbitə buraxıldıqdan sonra kosmik gəmilərin istilik sabitləşdirmə sistemlərinin əsas elementi kimi müxtəlif konstruksiyalı istilik borularının (heat pipes) istismarının səmərəliliyinin öyrənilməsi üzrə elmi eksperimentin həyata keçirilməsini təmin edəcək.(report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930