Ukraynada 8 Mart, 1 May və Qələbə günləri ləğv olunur

14.02.2023 - 16:41

Ukrayna Ali Radasına 8 Mart – Beynəlxalq Qadınlar, 1 May – Beynəlxalq Əmək və 9 May – Qələbə günlərinin qeyd edilməsinin ləğvi haqqında qanun layihəsi təqdim edilib.

Sənəd parlamentin saytında dərc olunub.

Belə ki, layihədə 8 Mart əvəzinə yeni dövlət bayramının – fevralın 25-də Ukrayna Qadını Gününün təsis edilməsi və rəsmi istirahət günü olması təklif edilib.

Bu tarix ukraynalı şairə Lesya Ukrainkanın doğum günü şərəfinə seçilib. İstirahət günü kimi martın 9-u – şair Taras Şevçenkonun doğum günü olması təklif edilir.

Bundan başqa, sənəddə 1 May Əmək Günü və 9 May Qələbə Gününün qeyd edilməsinin ləğv edilməsi, bunun əvəzinə yalnız 8 Mayda Anım və Barışıq Gününün qeyd edilməsi təklif olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188048

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930