ABŞ Çinin sülh planını rədd etdi – KİV

24.02.2023 - 13:51

Çin Ukraynadakı münaqişənin həlli ilə bağlı 12 bənddən ibarət plan dərc etdi, lakin artıq ilk reaksiyadan ABŞ-ın bu planı rədd etdiyini başa düşmək olar.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Blumberq”də dərc edilən məqalədə bildirilib.

“Qərb və Ukrayna Çinin bu planını Rusiya Prezidenti Vladimir Putin üçün faydalı hesab edir, çünki o, atəşkəs bəndini ehtiva edir. Bu da Rusiya qoşunlarının Ukraynanın cənub-şərqinin bir hissəsinə nəzarət etdiyi zaman vəziyyəti dondurmaq deməkdir. Bundan əlavə, planda Rusiyaya qarşı sanksiyaların ləğvi çağırışı da var”, – məqalədə qeyd edilib.

“Blumberq” bildirib ki, ABŞ və Avropanın Çinin sülh planına dair şübhələri hələ dərc edilməmişdən əvvəl ifadə edilib:

“Bu, Pekinin münaqişədə qərəzsiz vasitəçi kimi qəbul edilməməsi ilə izah olunur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188797

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930