Ərdoğan Vladimir Putinlə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Cumhuriyyet.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.(apa)
Short URL: http://www.cumhuriyyet.net/?p=188899