Mehmet Ali Erbil barəsində həbs qərarı verildi
Türkiyəli tanınmış aparıcı Mehmet Ali Erbil 4 ay 15 gün həbs cəzasına məhkum edilib.
Cumhuriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb onun klipində rol alan Ece Ronay Bilirə təcavüz etməsi iddiasıdır.
Hazırda Ərbilin məhkəməsi davam edir. Onun 8 il 10 aya qədər həbs cəzası alması gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=189252