Gürcüstan demokratiyası üçün qara gündür – ABŞ

08.03.2023 - 01:02

Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ-nin Gürcüstandakı səfirliyi bildirib.

Səfirlik Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsinə münasibət bildirib:

“Parlamentin “xarici agentlər”lə bağlı prosesi irəli aparması Gürcüstan xalqının Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və bu qədər təşkilatların öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərinə mənfi təsir göstərəcək”, – deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031