Rusiya Türkiyədən 20 milyardı tələb etməyəcək

03.05.2023 - 16:39

Türkiyə “Qazprom”la ona verilən təbii qaz üçün ödənişlərin bir hissəsinin təxirə salınması ilə bağlı razılığa gəlib.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fateh Dönməz deyib.

“Biz keçən il “Qazprom”la danışıqlar apardıq və qazın qiymətinin kəskin və gözlənilməz şəkildə qalxması səbəbindən razılığa gəldik. Bu, bizim Maliyyə Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilib. Bu təcrübə keçmişdə bizim ticarət əlaqələrimizdə olub və indi biz ödənişlərə yenidən baxmağı təklif etmişik”, – o bildirib.

Dönməz Rusiya ilə danışıqlar kontekstində söhbətin 20 milyard dollar məbləğində ödənişlərin təxirə salınmasından gedib-getmədiyinə aydınlıq gətirməyib:

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə inkişaf edir, təkcə təbii qaz sahəsində deyil, həm də nüvə enerjisi sahəsində”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930