Türk ölkəsində çevriliş ssenarisi – Təfərrüat

06.06.2023 - 13:11

Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslərin həbsi ilə bağlı detallar məlum olub.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Qırğızıstan mediasında məlumat yayılıb.

“Qırğızıstan hüquq-mühafizə orqanları dövlət çevrilişində şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb. Onlar kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdırıblar. Əsas təşkilatçı isə “Eldik Keneş” (Xalq Şurası) siyasi partiyasının sədri, hökumətin sosial şöbəsinin keçmiş rəhbəri Roza Nurmatovadır. Çevriliş təşkilatçıları il ərzində öz sıralarına ölkə üzrə ən narazı vətəndaşları cəlb etmək istiqamətində məqsədyönlü iş aparıb. Roza Nurmatovanın rəhbərliyi altında hakimiyyətin zorakılıqla ələ keçirilməsi, dövlət strukturlarına qarşı çıxacaq şəxsləri toplamaq məqsədi ilə mütəmadi olaraq gizli görüşlər keçirilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, dövlət çevrilişi məqsədilə xarici mənbələrdən xeyli vəsaitin daxil olacağı gözlənilirdi:

“Onlar hansısa hadisə ilə bağlı cəmiyyətdə narazılıq yaranandan dərhal sonra cinayətkar planlarının həyata keçirilməsinin aktiv fazasına başlamaq niyyətində olublar”.

Qeyd edək ki, Qırğızıstan hüquq-mühafizə orqanları ötən gün çevrilişə hazırlıq görən qrupu həbs etdiyini açıqlamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930