Çində 6G ilə bağlı tədqiqatlara start verilib

08.06.2023 - 13:00

Çin şirkətləri 5G-ni əvəz edəcək yeni nəsil telekommunikasiya texnologiyası olan 6G ilə bağlı tədqiqatlara start veriblər.

Cumhuriyyet.net xəbər verir ki, çinli mütəxəssislər tamamilə internetlə təchiz olunmuş dünyaya hazırlaşmaq üçün çalışırlar.

Sürətinə görə 5G-dən daha aşağı gecikməyə, daha yüksək sürətə və daha çox ötürmə qabiliyyətinə malik olacağı gözlənilən simsiz texnologiya olan 6G üçün hazırda universal qəbul edilmiş tərif yoxdur.

Hələ ki, 6G ilə bağlı universal qəbul olunmuş qayda yoxdur, lakin simsiz qoşulma növü olacağı gözlənilən bu texnologiyanın 5G-dən daha aşağı gecikmə, daha yüksək sürətli və ötürmə qabiliyyətinə malik olacağı gözlənilir. Ekspertlərin fikrincə, 6G ilə bağlı əsas xarakteristika bu olacaq ki, o kosmik-hava-yer-dəniz kommunikasiya texnologiyalarının inteqrasiyasını təmin edəcək.

“Huawei Technologies” şirktətinin qurucusu Ren Zhengfei ötənilki müsahibəsində bildirmişdi ki, şirkət 5G ilə yanaşı 6G üzərində də çalışmalara başlayıb. Onun sözlərinə görə, 6G yeni mərhələdədir və onun kommersiyalaşması üçün hələ uzun bir zamana, 10 ilə ehtiyac var.(apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192032

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031