Qlobal İqtisadi Forumun yeni hesabatı ilə bağlı SENSASİON FAKTLAR

15.01.2024 - 14:32

Davos-2024. Qlobal İqtisadi  Forumun yeni hesabatı: qlobal seçki marafonuna Süni Intellekt və dezinformasiya ilə müdaxilə təşvişi barədədir

  • “Qlobal Risklər 2024: Dönüş nöqtəsində” adlanan yeni hesabat açıqlanıb

Azərbaycanın da iştirak etdiyi ənənəvi Davos İqtisadi Forumu dünən işinə başladı və yanvarın 19-nadək davam edəcək.  “Etibara yenidən qurmaq” (Rebuilding Trust) devizi ilə işinə başlayan nüfuzlu qlobal Forum açılışı ərəfəsində yenicə  təqdim etdiyi, ənənəvi olaraq hazırladığı “Qlobal Risklər Hesabatı” ilə başlayıb.

Davos İqtisadi Forumunun “Qlobal Risklər 2024: Dönüş nöqtəsində” adlanan  yeni hesabatında qlobal seçki marafonuna Süni Intellekt və dezinformasiya ilə müdaxiləsi ilə bağlı  acınacaqlı bir proqnoz açıqlayıb.

Məlumdur ki, DİF-nun risklərlə bağlı   hər il Forumda davamlı iştirak edən1400 ekspertin rəyini nəzərə alan illik hesabatlar hazırlayır. Davosda hər il Forumun keçirdiyi  sorğuya qatılan  həmin ekspertlər, qısamüddətli və uzunmüddətli dövr üçün risklər və təhdidlərin proqnozlarını müəyyən edir.

Yeni təqdim edilən hesabatda dezinformasiya və yanlış, təhrif edilmiş informasiya    reytinqdə təhdidlər sırasında lider mövqeyə-ilk 10-luqda 1-ci yerə çıxıb.

Hesabatda qeyd edilir ki, dezinformasiya – təbliğat , qorxu və şübhə yaymaq üçün məqsədyönlü stifadə olunan yalan və ya qeyri-dəqiq xəbər/məlumatdır.

Dünya İqtisadi Forumu 78 ölkə sırasında,  ABŞ-ın, Böyük Britaniya, Hindistan, Rusiya və  s. daxil olmaqla qlobal ÜDM-in 60%-ni təşkil edən ölkələrdə seçkilər  seçkilərə getdiyi  cari 2024-cü ildə ildə seçkilərə ən böyük müdaxilə riskini xüsusi vurğulayaraq bəyan edib: “Süni intellektlə yaradılan və idarə edilən dezinformasiya dalğası    qısamüddətli dövr üçü həmçinin, qlobal iqtisadiyyata təsir edəcək ən böyük təhlükədir.”

Forum rəsmiləri Süni İntellekt əsaslı saxta  məlumatların yayılmasının, potensial olaraq  siyasi sistemlərin fəaliyyətinin davamlı nizamına müdaxilələr yarada   biləcəyindən narahatlığını   bildirib.

Davos Forumunun peşəkar tədqiqat şirkəti ilə  birgə hazırladığı  hesabatda  3 zaman fazasında: bir, iki illik(qısamüddətli) və 10 illik(orta müddətli) üfüqdə riskləri sıralanıb.

Qısa -2 illik müddətdə ilk beşlikdə ən böyük risk: 1. dezinformasiya(saxta məlumatlar) və yanlış, təhrif edilmiş məlumatlar (misinformation) kimi aşkar edilib.5-likdə sonrakı risklərə: 2.iqlim dəyişikliyi; 3. cəmiyyətləri sosial qütbləşməsi; 4.kibertəhlükəsizlik və 5.dövlətlərarası silahlı münaqişələr -aid edilib.

DİF(WEF) saxta məlumatlarla sosial iğtişaşlar arasında əlaqənin seçki kampaniyaları zamanı əsas rol oynayacağını bildirib.

Picture2.jpg (47 KB)

Maraqlıdır ki, Süni İntellekt tərəfindən yaradılan dezinformasiya və təhrif edilmiş  informasiya(misinformation) (53%) uzunmüddətli dövr üçün də 2 və3 -cü yerlərdə, sonra isə sosial və/və ya siyasi qütbləşmə (46%) kimi sıralanıb.

Seçkilərə xarici müdaxilə nədir?

Seçkilərə xarici müdaxilə (foreign electoral interventions, election meddling– bir ölkənin başqa ölkədəki seçkilərə gizli və ya açıq şəkildə təsir etmək cəhdləri olub, hər  bir dövlətin milli və elektoral suverenliyinə zərbə vuran ciddi məsələdir.

Qısa deyilsə, seçkilərlə bağlı təhdidlər ümumi olaraq: daxili və xarici mənbəli təhdidlərə kimi bölünsə də, onlar bir-biri ilə sıx bağlıdır.

Hər iki təhdidlərin hədəfini başlıca olaraq, namizəd/siyasi xadimlər, seçici-insanlar, toplum, kritik informasiya və seçki infrastrukturu təşkil edir. Xarici müdaxilənin bütün istiqamətləri-siyasi, diplomatik, iqtisadi, informasiya, kibernetik və psixoloji,habelə,   üsul və vasitələrdən fəal istifadə olunur.  Yaxın tarixdə- 2016-cı il ABŞ seçkilərindən başlayaraq,  İKT-nin tətbiqi ilə dövlət informasiya ehtiyatlarına, habelə, hədəf siyasi qüvvələrin e-poçt ünvanlarına   kiberhücumlar müdaxilə gündəmində davamlı yer tutub. Dünya texnoloji şirkətlərinin, çap və elektron məhsullar bazarının(o cümlədən, ölkəmizdə də  ) 85%-dən çoxuna, informasiya resurslarına nəzarət edən   Qərbin -başqa ölkələrin daxili işlərinə müdaxilə üçün konseptual, ideoloji,texnoloji və hüquqi (insan haqları ritorikası) baza da yaradan Qərbin bəlli mərkəzləri  bu resursları informasiya müharibəsi əməliyyatlarının bir hissəsi kimi tətbiq edir.

Xarici müdaxiəlnin aktorlarına gəldikdə, onlar başqa dövlətlərin ərazisindən,habelə, dövlətin öz ərazisində olan xarici subyektlərdən gələ bilir. Bunlara: təxribat və kəşfiyyat birləşmələri; informasiya müharibəsi resursları, subyektləri, xarici dövlətlərin xüsusi xidmət orqanları;   xarici və yerli müşahidə/təftiş qruplarının bəzi üzvləri; beynəlxalq QHT mənsubları;   beynəlxalq haker şəbəkələri; aşkar və gizli(açıq və qapalı) sosial şəbəkə qrupları,   saytlar və s.aid edilə bilər.

Müdaxilə formalarına gəldikdə, Avropa Birliyinin(AB) “Dezinformasiyaya qarşı Mübarizə İdarəsinin”( EUvsDisinfo) tədqiqatlarına görə, seçkiyə müdaxilə 4 müdaxilə kateqoriyasına daxil olan müxtəlif  üsullardan ibarətdir: 1) informasiya manipulyasiyası, 2) kiber cinayətlər, 3) siyasi himayə/təşviq və 4) aşkar/hədsiz müdaxilə.

  • Aİ və seçkilər sahəsində yaranan ən yeni trend-“Rəqəmsal kimliklərin, Avatar/Klonların, süni nüsxələri” yaradılması

Noyabr ayında (2023) ABŞ seçkilərə hazırlıq gedişində süni intellektin köklü şəkildə yeni formada  tətbiqi baş verdi. ABŞ prezident seçkilərinə qoşulan namizədlərin “klonlandığı” rəqəmsal nüsxələrdən ibarət platforma- Chat2024 layihəsi yaradıldı. Sitat: “Burada hazırkı 17   potensial namizədin bu Aİ əsaslı rəqəmsal avatarları yaradılıb və onların TV-də ilk debatları da təkil edilib!” Bu modellər ChatGPT kimi böyük dil modelləri (LLM) əsasında namizədlərin çıxışlarının videoları, media açıqlqamaları, və s. digər məlumatlar kimi yüzlərlə mənbədən əldə edilmiş böyük həcmli data yaradıb.

Layihənin diqqəti cəlb edən tərəfi   AI startapı “Delphi”nin təsisçisi və rəhbəri  əsilli Dara Laciverdyan(Ladjevardian) tərəfindən yaradılmasıdır.(iran əsilli olduğu deyilir).“Özünü klonla” (“clone yourself”) adlandırdığı layihəni təkcə siyasətçilər deyil, hər kəsin öz klon/ avatarını yaratmaq üçün nəzərdə tutdiğunu bildirir. Laciverdyan layihəni anası Sima-nın Konqresə seçkilərdə uduzmasından təsirlənərək yaratdığını bildirib. Aİ avatarların təkçə seçki deyil,  idarəçilik və ictimai rəyin öyrənilməsində çox lazmlı olacağını, ictimai rəyi daha yaxşı anlamaq üçün seçicilərin chatbotlara göndərdiyi sorğu və cavabları təhlil  etməyə imkan verdiyini, bu məqsədlə onu  rəy şirkətlərinə satmağı da düşündüyünü bildirib. Sitat: “Çünki insanlar namizədlərlə bağlı ancaq TV fraqmentlərindən tam məlumat ala bilmir. Klonların yaradılması, “prezident botları”-geniş məlumatlılığa təsir edir.Yarandığı cəmi 1 ildə layihəyə 3 milyon ianə daxil olub.”

Digər mənbələrə görə seçki günü gözlənilən  seçki təhlükəsizliyinin forma və metodları bu kimidir:

  1. Dezinformasiya (saxta) və təhrif edilmiş informasiya. Seçki sistemlərinin təhlükəsizliyi ilə bağlı yalanlar və sui-qəsd nəzəriyyələri seçicidə inamsızlığı artıra,  səsvermədən çəkindirə və toplumu seçki rəsmilərinə qarşı zorakılıq etməyə sövq edən aqressiya doğura bilər.
  2. Daxili təhdidlər.(Insider Threats) Daxili təhdidlər artan narahatlıqdır və səsvermə sistemlərinin təhlükəsizliyinin təmin edilməsində əldə edilmiş əsas addımları sarsıda bilər. Qeyri-qanuni seçki məmurları səsvermə sistemlərinə icazəsiz şəxslərə girişi təmin edə bilər.
  3. Xarici müdaxilə(Foreign Interference): Gərgin geosiyasi məqam o deməkdir ki, Rusiya, İran və Çin kiber əməliyyatlar vasitəsilə əsas döyüş meydanlarında seçkiləri pozmağa cəhd etməkdə daha az tərəddüd edə bilər2.
  4. Kiberhücumlar(Cyberattacks): Hakerlər səsverməni pozmağa cəhd etmək üçün səsvermə avadanlığına və digər seçki infrastrukturuna nüfuz edə bilərlər. ABŞ-da səsvermə avadanlığı üçün bir çox təhlükəsizlik tədbirləri var, buna görə də istənilən faktiki sındırma çox güman ki, nəticələnəcək

Müdaxilənin üsullarına dair daha bir tədqiqatda aşağıdakılar qeyd edilir:

  1. Dezinformasiya və saxta xəbərlər
  2. Seçki bürosunun və təşviqat saytlarının çökməsi
  3. Kampaniyanın sosial media hesablarının oğurlanması
  4. Seçicilərin qeydiyyatı məlumat bazalarına kiberhücumlar
  5. Məqsədli hədəf seçici təqibi(targeting)
  6. Səsvermə qurğu/maşınlarının sındırılmasına və ya səslərin hesablanmasına imkan verən simsiz modemlər. (ABŞ-da ən azı 7 ştat və paytaxt seçki nəticələrini mərkəzi ofislərinə ötürmək üçün simsiz modemlərdən istifadə edir. Bu modemlər hakerlərə qarşı həssas olan telekommunikasiya şəbəkələrindən istifadə edir. Müdaxilə  agentləri onlardan qeyri-rəsmi səsvermə məlumatlarına müdaxilə etmək, səsvermə maşınlarını və ya rəsmi nəticələrin hesablanması üçün istifadə olunan kompüterləri pozmaq üçün istifadə edə bilər).
  • Dünyada seçkilərə xarici müdaxilə ilə bağlı qorxunc statistika

Amerikalı tədqiqatçı, Honq Konq Universitetinin professoru Dov  Levinin bir neçə il apardığı araşdırmanın nəticələri 2020-ci ildə “Seçki qutusuna müdaxilə: seçki müdaxilələrinin səbəbləri və təsirləri” kitabında nəşr edilib.Kitabda 1946-2000-ci illər arasında böyük dövlətlərin  başqa ölkələrdə seçkilərə müdaxilələrinin səbəbləri, təsirləri və nəticələrinə dair statistik məlumatlar əksini tapıb.

Tədqiqat göstərir ki, 1946-2000-ci illər arasında ən çox xarici seçkilərə müdaxilə edən ölkə-ABŞ olub, “bir çox hallarda” qalibin kimliyinə təsir edib.Tədqiqat həmçinin bu cür müdaxilələrə hədəf olan dövlətlərdə demokratiya və sabitliyin dağılması riskini artırdığına dair dəlillər  təqdim edib. 50 ildən artıq bir müddətdə ABŞ 81 xarici seçkiyə, Sovet İttifaqı ( Rusiya) isə 36 xarici seçkiyə müdaxilə edib. Beləliklə, ABŞ və Rusiya (SSRİ daxil) bu müddət ərzində keçirilən 938 rəqabətli seçkidən 117-nə (təxminən hər doqquzdan birinə) müdaxilə edib və bu müdaxilələrin əksəriyyəti (təxminən 68%) aşkar yox, gizli olub.

Habelə məlum olur ki, seçki müdaxiləsi “orta hesabla, seçkidə mübarizə aparan tərəflərdən birinin xeyrinə onun səs payını təxminən 3 faiz artırmağa təsir edir ki, bu da 1960-cı ildən sonra baş verən ABŞ-da keçirilən 14 prezident seçkisindən yeddisinin nəticələrini potensial olaraq dəyişdirə biləcək qədər böyük olub.

Həmçinin, 2019-cu ildə digər alim- Lührmann   tərəfindən aparılan araşdırma da İsveçdəki Varieties of Democracy İnstitutunda (Lührmann et al. at the Varieties of Democracy Institute in Sweden) müxtəlif ölkələrlə bağlı məlumatları(seçki hesabatları ) təhlil edib. Məlum olub ki,  2018-ci ildə əsas siyasi məsələlərlə bağlı saxta məlumatlar vasitəsilə ən intensiv müdaxilələr Çin tərəfindən Tayvanda, Rusiya isə Latviyada olub; daha sonrakı sırada yüksək müdaxilə halları: Bəhreyn, Qətər və Macarıstanda, nisbətən aşağı səviyyə isə- Trinidad və Tobaqo, İsveçrə və Uruqvayda olub.

 Şəkil 1: 2016-2021-ci illər arasında seçkiləri hədəf alan dezinformasiya hallarının qlobal təkamülü  53 ölkədə ən azı 101 milli seçki kampaniyasında baş verib. Yalnız cəmi 4 ölkə tədqiq edilən dövr ərzində seçkiləri hədəf alan dezinformasiya hallarının olmadığını bildirilib.   Hədəflərə müdaxilə (targetinq) ən çox parlament seçkilərində, ən az isə referendumlarda baş verir. Prezident seçkilərinə müdaxilə miqyasca 3-cü sırada durur.

Seçkilər gedişində yaradılan bu yeni həlldə- istifadəçilər “namizəd”-rəqəmsal avatarlara suallar verə, onları nəyin narahat etdiyini soruşa bilərlər. Suallar ya ayrı-ayrılıqda, ya da hamısı birlikdə verilə bilər və platformada hətta siyasətçilərin bir neçə rəqəmsal şəkli arasında mini-debatları simulyasiya edilə bilər. Analoji rəqəmsal avatarların real namizədlərlə nə dərəcədə uyğunlaşdığı və çətin situasiyalarda necə çıxış yolu tapacağı bəlli olur.

Eyni zamanda, seçkilərdə  potensial namizədlərin rəqəmsal nüsxələrinin yaradılması seçicilər üçün böyük problem yarada bilər. Müqayisə edilsə, bu, “onlayn tanışlıq” kimidir. Real həyatda ilk görüş böyük  xəyal qırıqlığına uğratsa da, artıq  çox gec olur. Necə deyərlər, “Seçkilər bitmişdir və qalib məlumdur”.

Seçkilərin həlledici mərhələsində   rəqəmsal müdaxilə xarakterli“ Şayiə bombası” (Rumor Bomb) adlanan hallar baş verir.  Bu halların, “səsvermə kabinəsində atışma olub”, “yollar bağlanıb”,növbə, tıxacdır, hələ gəlməyin”,  hətta   “Demokratlar  səsvermədə istifadə edilən bütün qələmləri oğurladılar..”-kimi şayiələrin AI əlavə etməklə anidən- qeyri-məhdud sayda  mesajlar yaratmağa imkan verməsi tam olaraq mümkündür. Çaşdırıcı mesajları daha etibarlı etmək üçün robot zənglərə etibarlı siyasətçilərin və ya ictimai xadimlərin saxtalaşdırılmış səsləri də əlavə edə bilər.

  • Süni İntellektin 2024-cü ildə seçkilərə ən böyük təhlükə olmasını əsaslandıran  arqumentlər

Aİ-nin ilk tətbiq təcrübələr, habelə Aİ-nin inkişaf sürəti, tətbiq miqyası, perspektivləri  nəzərə alınmaqla   onun təhdidlərinə dair səslənən arqumentləri aşağıdakı tezislərlə ümumiləşdirək:

  • Yeni nəsil Süni İntellekt -bütövlükdə bəşəriyyətə, o cümlədən, demokratiyaya, 2024-cü ildə 80-ə yaxın ölkədə keçiriləcək  seçkilərə böyük təhlükə  Süni intellektin tətbiqinin  başlıca məqsədi: insanların səsvermə davranışını dəyişdirmək, seçim qərarlarına təsir etmək kimi ifadə eduilə bilər.
  • AI-nin dezinformasiyanın yaradılması və yayılmasını ağlagəlməz miqyasda və sürətlə gücləndirə biləcəyi ən böyük qorxular sırasındadır.Bu isə saxta kontenti ayırd etməyə,ifşa və ya təkzib etməyə heç bir vaxt qoymur.
  • Araşdırmaya görə, “süni intellekt tərəfindən yaradılan dezinformasiya insanlar tərəfindən yazılmış dezinformasiyadan daha inandırıcıdır.Aİ əsaslı yalançı tvitlər- insanların yazıdığı ilə müqayisədə 3 faiz daha az aşkar edilir. Qısası: Aİ tərəfindən yaradılan dezinformasiyanın nəinki daha ucuz və daha sürətli, həm də daha effektiv(inandırıcı) olması kabuslar yaradır.”
  • AI alətləri günbəgün təkmilləşdikcə dezinformasiya da paralel olaraq artacaq. Kopenhagen Gələcək Araşdırmalar İnstitutunun (Copenhagen Institute for Future Studies (CIFS)təhlilinə görə, təxmin edir ki, süni intellekt tərəfindən yaradılan məzmun tezliklə internetdəki bütün məlumatların 99 faizini və ya daha çoxunu təşkil edə biləcək. Seçkilər, ümumiyyətlə ictimai rəyin yalan rəvayətlərə əsaslanmaqla qərar verən, seçimini dəyişən seçkilər ənənəsi formalaşa bilər.
  • “Tərəddüd edən, apolitik, qərarsız seçiciləri hədəf almaq üçün AI xüsusilə istifadə ediləcək, bu isə əhəmiyyətli faiz  deməkdir. Texnologiya minlərlə sosial-psixoloji parametrlər əsasında həmin seçicilərə müraciətin ən yaxşı yolunu, onları nəyin səs verməyə sövq edə biləcəyini müəyyən etməyə nail ola biləcək”( Brookings İnstitutu,vitse-prezident Darrell West )
  • Əvvəllər saxta məzmun o qədər də inandırıcı olmayıb, süni montaj edilmiş şəkillər və videolar kobud və inandırıcı deyildi. Hazırda ən minimal xərclə, hətta müftə olaraq,   bir neçə saniyə ərzində  insan  obrazını, səslərini və s. klonlaşdırılmaqla hiper-real təsvirlər yaradıla bilir.  Bu imkan sosial media ilə birləşdikdə  yaradılan saxta vizual həllər anidən və  ağlasığmaz məsafələrə yayılma potensialına malikdir.
  • Aİ yaradıcıları da təhdidlərlə bağlı fikirləri bölüşür. “ 2023-cü il 16 may tarixində ABŞ Senatında dinləmələrdə OpenAI-nin baş direktoru Sem Altman bildirb ki, bəzi insanların manipulyasiya etmək, inandırmaq və seçicilərlə təkbətək qarşılıqlı əlaqədə olmaq üçün dil modellərindən istifadə edə biləcəyindən həqiqətən də narahatdır.”
  • Süni intellekt təkcə hədəf kütləyə kampaniya  e-poçtlarını, mətnlərini və ya videolarını qısa zamanda yaratmaqla kifayətlənmir,həm də seçiciləri çaşdırmaq, namizədləri təqlid etməklə əvvəllər heç vaxt görülməmiş miqyas və sürətlə seçkiləri pozmaq üçün istifadə edilə bilər.
  • Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi AI-ni ölkənin 2024-cü ildə keçiriləcəyi nəzərdə tutulan parlament seçkiləri üçün təhlükə yaratdığını, düşmən ölkələr və onların etibarlı şəxslərinin kiberhücumlarını izləməyin getdikcə daha da çətinləşdiyini b Hesabatda deyilir ki, saxta videolar və “hiper realistik botlar” seçki kampaniyası zamanı dezinformasiyanın yayılmasını asanlaşdırıb.
  • Son bir ildə elektrik, su və internet şəbəkələri kimi kritik milli infrastruktura yeni kiber təhdidlər yaratmaq üçün dövlətlər səviyyəsində yaradılan və yönəldilən ayrıca qurumlar meydana çıxıb. Dövlət səviyyəli yönəldilən Aİ əsaslı dezinformasiya, maliyyə maraqlarına deyil, ideoloji motivlərə əsaslanan kiberhücum qurumlarını yaradıb. Dövlətlər və onlarla əlaqəli qurumlar başqa ölkələri  hədəfə alan  davamlı və ciddi təhlükələr yaradır.
  • Mütəxəssislər Aİ  əsaslı təbliğat strategiyasının güclənəciyini, manipulyativ məzmun istehsalının müftə və kütləvi miqyasda istehsalının asanlığı halında “banal distopiya”nın reallığı əvəz edə biləcəyini qeyd edir.  Aİ- on illərlə mövcud olan ənənəvi dezinformasiya taktikalarına yeni nəfəs verir, bu nəinki auditoriyanı aldadır, həm də onsuz da bərbad vəziyyətdə olan informasiya ekosistemini daha pis vəziyyətə salır.
  • İnformasiyaya etibar azalacaq, doğru məlumatları yaymağa çalışan ölkələrin, insan birliklərinin, jurnalistlərin və s. işi çətinləşəcək.Bu gedişatla heç vaxt baş verməmiş hadisələri yazan medianın yaradılmasışayiələrin reallığa çevrilməsi baş verə bilər.
  • Buradan ortaya çıxan daha bir problem- seçki proseslərində saxta kontent, faktcheckerlər onları yoxlaya bilməsindən daha tez yaradıla, ümumiyyətlə  faktchecker işi mənasını itirə bilər.Öz növbəsində dezinformasiya “kononadası”- cəmiyyəti hər şeyi süni şəkildə yaratmağa inandırmaqla,   aldandıqlarını bilməyən toplumun seçkilərdə dürüstlüyə, fakt və reallığa inamı zərbə altına qoya bilər.
  • Ciddi narahatçılıq doğuran daha bir məsələ- hər hansı ölkədaxili deyil, xarici  mənbələrdən seçkilərə müdaxilə üçün Süni İntellektdən istifadə edilə biləcəyidir. Məs, ABŞ Universitetinin sosiologiya və ictimai rəy üzrə professoru Chris Bail-ə görə, Rusiyanın dövlət himayəli qurumu Aİ alətldən istifadə etməklə, özünü onlayn amerikalı seçici  kimi təqdim edə, nifaq salıcı mövzuları tirajlaya bilər. Yaxud, kimsə sosial mediada özünü aqressiv demokrat və ya respublikaçı kimi qələmə verə, məqsədyönlü siyasi mövzular haqda danışmaqla tərəfdarlar arasında qarşıdruma yarada bilər.  Bu tip chatbotlar real sosial media istifadəçilərini qütbləşdirmək üçün   təsirli ola bilər.”
  • Ekspertlər Aİ əsaslı manipulyasiyanın daha məkrli bir formasını qeyd edir: dostlardan gələn, qohumluq və mənsubluq hissini istismar edən mətnlərdən seçki proseslərində istifadə edilə bilər. Məs.,dost olmayan xarici ölkə/mərkəzlər konkret ölkədə 10.000 nəfərlik dar bir auditoriyanı hədəfə ala bilər. Zəngin  onlayn dataya malik süni intellekt tərəfindən  saxta “amerikalı persona” (məşhur yaxud qeyri) yaradılır, sonra ünsiyyət botları Aİ vasitəçiliyi ilə 10.000 nəfərin qoşulduğu paralel müzakirələrdə iştirak edə bilər.Yəni auditoriya ilə işləmək imkanları getdikcə artır.
  • Hazırkı mərhələdə deepfake-ləri çevik zamanında müəyyən etmək üçün hamıya əlçatan vasitələr yoxdur.Seçki yarışlarının bir hissəsi kimi meydana çıxan bu proseslərin qanunverici yolla tənzimlənməsi də olduqca ləng gedir ki, bu da Aİ-nin sürətli inkişafı ilə ayaqlaşmanı digər daha bir ciddi problemə çevirir. .
  • Mövzu kontekstində müxtəlif etnik-milli, habelə marginallaşmış icmaları hədəfə almaqla aqressivləşdirmək ehtimalları seçki kampaniyalarını gərginləşdirə, separatçılıq, irqi ayrı-seçkilik və s. hissləri qızışdıra bilər, yaxud,   seçici qruplarını səsvermə haqqında yanlış yönləndirə,xüsusilə tərəddüd edənlərdə   ümumi çaşqınlıq yarada bilər.
  • Sözü gedən vəziyyət “Yalançı Dividendi” The Liar’s Dividend) adı ilə ifadə edilir. Bu yanlış və ya dezinformasiyanın yayanların- seçicilərin artan inamsızlığından sui-istifadə etməsinə imkan verdiyi halları nəzərdə tutur.
  • Seçkilərdə elektron poçtla səsvermə təcrübələrinin geniş tətbiq edildiyi(məs. ABŞ) ölkələrdə məktub yazmaqdan tutmuş, saxta əlaqə və saxta seçki dairəsi yaratmağa qədər pozuntular mümkün ola bilər.Bununla bağlı test əməliyyatını keçirildiyi Kornell Universiteti tədqiqat eksperimentinin bir hissəsi olaraq əyalət qanunvericisinə ölkə üzrə 7000-dən   elektron məktub göndərib. E-poçtların narahat olan seçicilər olsa da,   süni intellekt tərəfindən  və insan tərəfindən yaradılan məktubları fərqləndirənlərin   cəmi 2% olub.
  • Səsvermə məntəqələrindən gələn video yazıları araşdırmaq üçün süni intellektdən istifadə, digər şeylərlə yanaşı, seçici fəallığı haqqında məlumat yarada bilər. Onların nə dərəcədə obyektiv olacağı bu məlumatın müştərilərinin vicdanında qalır, çünki iki dəfə yoxlamaq sosial sistemdə “partlayış” prosesinin qarşısını almaq üçün lazım olandan daha çox vaxt aparacaq.
  • Süni İntellekt eyni anda çoxşaxəli məlumatlara, GPS  informasiyaya, üz tanıma texnologiyasına çıxış əldə edə, səsvermə prosesi ilə bağlı nəhəng verilənlər bazasını emal edə biləcək. Bu halda ekspertlərə görə, gərginliyin “Pandora qutusu” açıla,seçki prosesinin obyektiv gedişatı şübhə altına alına bilər.Ən pis halda, Aİ tərəfindən hazırlanmış hiperreal saxtakarlıqlar, saxta audio, foto və videolar rəsmi şəkildə ifşa və ya təkzib edilməmişdən xeyli əvvəl seçicilərin davranışına,seçiminə təsir göstərə bilər.Belə vəziyyət,seçkilərin legitimliyinə, seçicilərin dövlət qurumlarına və hətta öz həmvətənlərinə inamına məqsədyönlü zərbə ola bilər.
  • Sosial şəbəkələrdə “trollar”anlayışı ilə məlum olan fəaliyyəti seçkilərlə bağlı yalan yaymaq məqsədi ilə kütləvi şəkildə onlayn mənfi şərhlər yazanları süni intellekt xidmətləri əvəz edə bilər.

Xarici müdaxiləyə qarşı hansı ölkə nə edir?

Ötən 2023-cü ildə dövlətlər  xarici  müdaxilələrə qarşı sistemli mübarizə aparacaq ,zərərli xarici təsirlərdən qorunnmağa yönəlik   milli qanunvericilik mexanizmlərini hazırlayıb. Müdaxilə əleyhinə Böyük Britaniyanın “Milli Təhlükəsizlik Aktı” və Macarıstanın “Milli Suverenliyin Müdafiəsi Aktı” kimi sənədlər diqqət mərkəzində olub. Rusiyada mövzu yeni Xarici Siyasət Konsepsiyası və Rusiya Federasiyasında bir sır-silsilə qaninverici sənədlər: ” Dövlət Mədəniyyət Siyasətinin Əsasları”, xarici agentlərə nəzarət sahəsində dəqiqləşdirmələr və yeni təşəbbüsləri əks etdirən hüquqi aktlar işlənib hazırlanıb. ABŞ, Fransa, Kanada, AB səviyyəsində və bir sıra digər ölkələrdə suverenliyin qorunması üçün zəruri tədbirlərin fəal müzakirəsi aparılıb.

Qanunvericilikdə, strateji və konseptual sənədlərdə, təşəbbüslərdə və inzibati qərarlarda qeyd olunan yanaşmalar yeni təqvim tsiklində müdaxilələrə qarşı mübarizə sahəsində gündəliyi müəyyən edəcək gələn ilin beş əsas tendensiyasını müəyyən etməyə imkan verir.

 Azərbaycanın Cənubi Qafqazda internetdən istifadəçi sayına görə  regional liderdir. Əhalinin 86%-i internet istifadəçisidir. 2023-cü ilin əvvəlində Azərbaycanda 8,93 milyon internet istifadəçisi olub, bu zaman internetin nüfuzu 86,0 faiz təşkil edib.2023-cü ilin yanvarında Azərbaycanda 4,15 milyon sosial media istifadəçisi olub ki, bu da ümumi əhalinin 40,0 faizinə bərabərdir.

2023-cü ilin əvvəlində Azərbaycanda 11,92 milyon mobil rabitə əlaqəsi aktiv olub ki, bu da əhalinin ümumi sayının 114,8 faizinə bərabədir.

İnformasiya məkanında bu əlçatımlıq ölkəmizə düşmən qüvvələr tərəfindən müdaxilələrə texnoloji imkanlar yaratsa da,onların qarşısının qətiyyətrlə alınması yönündə hərtərəfli tədbirlər həyata keçirlir.
Picture1.jpg (369 KB)

ABŞ-da namizədlər tətbiq edilən “Özünü klonla”-layihəsi:  bütün 17 namizəd “süni-dir, süni debatlarda”dır. Layihə müəllifi Dara Laciverdyandır

 

1700465663_1620408050.7f52f-uuuuuuuu.png (433 KB)

Tahirə Allahyarova,
milli təhlükəsizlik və hərbi-humanitar elmlər üzrə professor

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197648

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031