CNN: ABŞ-da vətəndaş müharibəsi təhlükəsi reallaşıb…

18.03.2024 - 12:12

Terrorla mübarizə üzrə ixtisaslaşmış iki amerikalı professor hesab edir ki, ifrat sağçı terrorizm ABŞ-da vətəndaş müharibəsinə səbəb ola bilər…

Poliqon xəbər verir ki, bu barədə Brus Hoffman və Ceykob Uerin CNN üçün yazdıqları məqalədə bildirilir. Müəlliflər qeyd edirlər ki, 2024-cü ilin üç ayı ərzində həm ifrat marqinnaların, həm də ABŞ-ın sadə sakinlərinin dilindən siyasi zorakılıqla bağlı dəhşətli proqnozlar eçidilir. Müəlliflər politoloq Barbara F.Uolterin “Vətəndaş müharibələri necə başlayır və onları necə dayandırmalı” kitabından sitat gətiriblər və məqalədə qeyd olunur ki, ABŞ vətəndaş müharibəsinə hər bir amerikalının inanmaq istədiyindən daha yaxındır.

Vətəndaş müharibəsinə səbəb ola biləcək əsas amillər arasında Uolter “müasir cəmiyyətin düzəlməz olduğuna və yeni nizamın yaradılması üçün onun sonunun tezləşdirilməli olduğuna dair apokaliptik inamı” irəli sürür. Onun sözlərinə görə, bu inanc bir çox ağ millətçi, irqçi, antisemitlər, ksenofoblar və hökumət əleyhdarı silahlı dəstələr tərəfindən qəbul edilir. ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşları, Şimali İrlandiya və Yaxın Şərqdəki məzhəb münaqişələri üzrə ekspertlər Stiven Saymon və Conatan Stivenson ABŞ-ın “qeyri-müəyyən tarazlıq” vəziyyətində olduğunu bildiriblər. Onların fikrincə, belə şəraitdə zorakı hərəkətlərin ölkəni xaosa sürükləmək riski yüksəkdir.

Ən acınacaqlı qiymətləndirmə kanadalı jurnalist Stiven Marşdan gəlib. O, Amerikada yeni vətəndaş müharibəsinin qaçılmaz olduğuna qəti şəkildə inanır. “Birləşmiş Ştatlar öz sonuna yaxınlaşır. Bütün məsələ odur ki. bu necə baş verəcək”, deyə Stiver Marş bildirib. Məqalə müəllifləri qeyd edirlər ki, bu qənaətlər həyəcan verici görünür, lakin onların içində həqiqən göründüyündən çoxdur. The Washington Post qəzet tərəfindən 2021-ci ildə keçirilən sorğuya görə Demokratların təxminən dörddə biri, Respublikaçıların 40 faizi hökumətə qarşı zorakılığın “bir qədər haqlı” olduğuna inanır.lar Bunlar son 20 ildə ən yüksək nəticələrdir.

Məqlədə o da vurğulanır ki, ABŞ şəxsi əllərdə olan odlu silahların sayına görə dünyada böyük fərqlə liderdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199488

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930