Rusiya FTX rəhbərindən hədələyici bəyanat: “Terror aktının arxasında duran ölkələr qanuni hədəfimizdir”

27.03.2024 - 11:32

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Moskvadakı “Crocus City Hall” konsert salonunda törədilən terror aktı ilə bağlı sensasion bəyanat verib. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bortnikov Rusiya Baş Prokurorluğunun genişləndirilmiş iclasından sonra jurnalistlərə açıqlamalar verib.

Martın 22-də Moskvada 139 nəfərin ölümü ilə nəticələnən terror aktı barədə danışan FTX rəhbəri bu hadisənin arxasında ABŞ, İngiltərə və Ukraynanın olduğunu iddia edib: “Biz bunun belə olduğunu düşünürük. onsuz da biz əlimizdəı olan faklardan bəhs ediirk. Bu, ümumi bir məlumatdır, ancaq faktdər ki, onlar bu hadisədən qazanclı çıxıblar”.

Moskvada terror aktını törədənlərin Ukrayna ərazisinə getməyi planlaşdırdıqlarını deyən Bortnikov, bu şəxslərin Ukraynaya qaşmağa çalışmalarına diqqəti çəkib: “Ukrayna bu terrorçuları qəhrəman kimi qarşılamağa hazırlanırdı…”.

FTX rəhbəri hazırda terrorçulara konkret kimin  sifariş verməsini araşdırdıqlarını deyib: “Düzdür, hələlik sifarişçinin konkretliyi müəyyənləşməyib. Onu da öyrənmək üzrəyik. Ancaq sizcə, Ukrayna özünü, varlığını necə təsdiqləməlidir? Arxa planda təxribat və terror aktları həyata keçirilməlidir, deyilmi? Həm Ukrayna, həm də Britaniya kəşfiyyatı da bunu edir. Amerikanın xüsusi xidmət orqanları da bu istiqamətdə dəfələrlə danışıblar”. 

Bortnikov ABŞ-ın mümkün terror aktı ilə bağlı Rusiyaya məlumat çatdırdığınına təkrar toxunub: “Bəli, belə bir ümumi məlumat verilib və nəzərə alınıb”.

FTX rəhbəri Moskvadakı terror aktına cavab veriləcəyini gizlətməyib: “Bu hücumda əli olan hər kəs tapılacaq və layiqli cəzalandırılacaq. Hazırda ölkədə terror təhlükəsi var. Ukrayna Təhlükəsizlik Xidməti də bu istiqamətdə fəaliyyətini davam etdirir. Ukrayna kəşfiyyat idarəsi artıq terror təşkilatı kimi tanınmalıdır”.

Bortnikov Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanov və digər kəşfiyyat rəsmilərini hədələyib: “Rusiya və onun vətəndaşlarına qarşı cinayət törədənlər qanuni hədəfimizdir…”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199547

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930