Paşinyanın komandasında PARÇALANMA

27.03.2024 - 12:37

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasında birlik pozulub. Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Bildirilir ki, daxili və xarici siyasi məsələlərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın üzvləri onun fikrini bir nəfər kimi təkrarlasa da, partiyada əvvəlki birlik yoxdur.

Nəşrin mənbələrinin sözlərinə görə, hakim komanda daxilində 2 əks qütb yaranıb – Nikolçular və Qriqoryançılar. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmişə güclü qərbpərəstlik nümayiş etdirir, Rusiya əleyhinə bəyanatlar verir. Buna baxmayaraq, o, Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd olmaq ərizəsinin müzakirəsi zamanı Paşinyanın istəyinə qarşı çıxıb və mövqeyi ilə hakim partiyanın üzvlərini təəccübləndirib.

Qriqoryan müzakirələr zamanı Rusiya Federasiyası ilə bağlı müsbət mövqe bildirməsə də, Ermənistanın Rusiya Federasiyasından asılılığının və Moskvadan uzaqlaşmanın mənfi nəticələri olacağını düşünür. “Qriqoryan belə mövqenin tərəfdarıdır ki, Ermənistanın inkişafı regional formatda mümkündür və burada Rusiyanın mühüm rolu var. İstisna deyil ki, iqtidar öz reytinqinin aşağı düşdüyünü anlayaraq növbəti seçkilərdə komanda daxilində “müxalifət” qüvvəsi formalaşdırmağa çalışır”, – məqalədə deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199585

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930