PKK Türkiyə ordusundan aldığı AĞIR ZƏRBƏLƏRİN İNTİQAMINI AVROPANIN ƏLİYLƏ ALIR

27.03.2024 - 13:56

“Türkiyə 1984-cü ildən bu yana terrorçu PKK təşkilatı ilə mübarizə aparır. PKK uzun illər Türkiyə ərazisində terror əsdirib, xəndəklər qazıb, yollar kəsib, partlayışlar törədib, polis və hərbçiləri pusquya salıb və bu minlərlə insanın həlak olmasına gətirib. Türkiyə son illərdə inkişaf etdirdiyi hərbi texnologiyalar sayəsində PKK-ya ünvanlı zərbələr endirir. PKK-ın Türkiyənin içində fəaliyyət imkanları xeyli daralıb. Türkiyə ordusu terrorçularla qonşu Suriya və İraq ərazisində mübarizə aparır, bu ölkələrdəki məntəqələrinə və ayrı-ayrı üzvlərinə qarşı dron zərbələri endirir. Hurriyyet.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, PKK Türkiyə ordusundan aldığı ağır zərbələrin intiqamını Avropa ölkələrində türklərə hücumlar təşkil etməklə almağa çalışır: “Bu 1990-cı illərin sonunu xatırladır. PKK lideri Abdullah Öcalan həbs olunaraq Türkiyəyə gətirildikdən sonra terrorçular Avropa ölkələrində Türkiyə səfirliklərinə və türklərin restoranlarına hücumlar təşkil edirdilər. Ancaq bir müddət sonra terrorçular dayandılar. Çünki onlara dəstək verən Avropadakı mərkəzlər PKK tərəfdarlarını anlatdılar ki, onların türklərə hücumları həmin ölkələrin sabitliyini pozur və buna seyrçi qala bilməyəcəklər. PKK yandaşları da Avropadakı bir qrup mərkəzin maliyyə dəstəyindən məhrum olmamaq üçün təxribatlarına ara verdilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, bu dəfə də belə olacaq: “Avropadakı eyni mərkəzlər PKK yandaşlarına sabitliyi pozmamaq əmrini verdikdən sonra terrorçular dayanacaqlar. Əks halda Avropa ölkələrindəki PKK yandaşlarına qarşı türklər müqavimət qrupları yaradacaqlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199599

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930