İsrail buna görə İrana dərhal cavab verməyib – ŞOK DETALLAR

15.04.2024 - 15:53

İsrailin baş naziri Benyamin Netanyahu dar kabinet üzvləri Benni Qantz və Qadi Eyzenkotun ABŞ prezidenti Co Baydenin çağırışı ilə əlaqədar İrana dərhal cavab hücumu təklifini dəstəkləməyib. Bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb. Qantz və Eyzenkotun sözlərinə görə, İsrail nə qədər gözləsə, onun əks-hücum üçün beynəlxalq legitimlik qazanması bir o qədər çətin olacaq.

“Netanyahu Baydenlə telefon danışığını gözləmək istəyirdi. Cavab almaq üçün bir neçə variant var idi, lakin zəng onu dayandırdı. İndi bir nəfəs alıb yenidən düşünə bilərik”, – deyə rəsmilərdən biri bildirib. Aprelin 14-də Benyamin Netanyahu bəyan edib ki, İsrail İranın hücumunu uğurla dəf edib və gələcəkdə münaqişədə qalib gələcək.

Aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə göndərib və raket atıb. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. BMT Yaxın Şərqdə dağıdıcı eskalasiya təhlükəsindən təşvişə düşdüyünü bildirib və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Bundan əvvəl ABŞ İran hücumlarından sonra Baydenin Netanyahu ilə telefon danışığının təfərrüatlarını açıqlamışdı./Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200038

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031