Domino, nərd və dua qadağan edildi

23.06.2015 - 09:58

99363_res_01Mosul sakinləri üçün həyat bir il əvvəldən – İŞID yaraqlıları İraqın şimalındakı bu şəhəri ələ keçirəndən çox çətinləşib.

Amma həyat bu ekstremist sünni qruplaşmasının müqəddəs Ramazan ayında tətbiq etdiyi qadağalardan sonra daha da ağırlaşıb.

İŞİD dini alimləri Ramazan ayının ənənəvi ayinlərinin bir çoxunu qanundankənar elan ediblər. Bu ayinlər ekstremist qruplaşmanın barışmaz movqeyinə zidd hesab edilib.

İraqın “Hamrin News” saytının verdiyi məlumata görə, bu qadağalar arasında domino və nərd oynamaq da var.

Bunda başqa, İraqda ənənəvi oyunlardan mahibs də qadağandır. Bu oyunu iki komanda növbə ilə, əllərində üzük gizlədərək oynayırlar. Rəqib komanda isə üzüyün kimin əlində olmasını tapmağa cəhd edir. Sonda oyunçular bir yerdə konfet və sərinləşdirici içkilər əldə edirlər.

Bütün bu qadağalarla yanaşı Mosul əhalisi vaxtlarını şən keçirmələri üçün güləş və qaçış yarışları təşkil edirlər.

Ekstremist qruplaşma qadınların bəzi azadlıqlarının axırına çıxıblar. Daha Mosul qadınları iftara qədər evlərindən bayıra çıxa bilməzlər.

Daha bir qadağa ərzaq mağazaları üçündür. Onlar ancaq iftardan sonra açıq ola bilərlər.

Mağazaların bağlanması, oyunlara və qadınların azadlıqlarına qadağalar görünür, sosial nəzarətin daha bir formasıdır.

Amma Mosuldakı Ramazanla bağlı qadağa fərmanları, İslam ayinlərinin yüksək səviyyədə təftişi ilə silahlı qruplaşma rəhbərləri təbəələrində olanlara təlqin etmək istəyirlər ki, bütün bunlar İslamın ilkin formasına qayıdışdır.

Ramazan ayinlərindən kənara çıxmaların ilkin nişanəsi elə müqəddəs ayın ilk həftəsindəcə göründü. İŞİD elan etdi ki, onun nəzarətində olan ərazilər müqəddəs aya iyunun 19-da başlayacaq. Başqa sünnilər ilk Ramazan ayininə iyunun 18-dən başlayıblar.

Mosuldakı Ramazan fərmanlarından biri də müqəddəs ayda qılınan namazların üslubunun dəyişilməsidir.

İŞİD sünnilərin teravih namazını qadağan edir. Teravih namazı müsəlmanlar üçün vacib sayılmır, onu günün sonunda – salat al-ishadan sonra qılırlar. Bu dua vacib olmasa da bir çox sünnilər üçün təmiz vicdanlılığın təcəssümü olaraq, bəzi sünni alimlər tərəfindən, o cümlədən Səudiyyə Ərəbistanı alimləri tərəfindən tövsiyə olunur.

İŞİD teravih duasını “Bid’ah” elan edib. Bu islami termin innovasiya və yenilik kimi başa düşülür.

London Kral Kollecinin İslam üzrə eksperti Kerol Kersten bildirir ki, teravihin qadağan olunması bu qruplaşmanın necə dar düşüncəyə malik olmasının göstəricisidir.

“Azad İraq” radiosu xəbər verir ki, 8 şeyxdən ibarət qrup iyunun 21-də hamının gözü qarşısında cəzalandırılıb. K.Kerstenin fikrincə, İŞİD-in son addımı Mosulda müsəlmanları narazı salacaq. Və bu qadağa başqa sünni alimlər tərəfindən güclü etiraza səbəb olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930