Obama iftar ziyafəti verdi – FOTO

23.06.2015 - 10:12

93858Ziyafətdə hicaba görə işdən qovulan qız da iştirak edib

ABŞ prezidenti Barak Obama Ağ evdə ənənəvi iftar ziyafəti təşkil edib. ANS PRESS-in məlumatına görə, ziyafətdə konqresin müsəlman üzvləri, ABŞ müsəlman icmasının nümayəndələri, müsəlman ölkə səfirliklərinin diplomatik korpusu və s. iştirak ediblər. Ziyafətdə həmçinin hicablı olduğu üçün işdən çıxarılan Samanta Elaufun da iştirak etdiyi bildirilir.

İftar ziyafətində çıxış edən Obama ramazan ayının müsəlmanlar üçün əhəmiyyətindən danışıb. Bu ayın fədakarlıq, səbr və intizam tələb etdiyini deyən ABŞ prezidenti, inancımız nə olursa-olsun, biz bir ailəyik – deyib.

“Bu ilin əvvəlində “Çapel Hill”də amerikalı 3 müsəlman qətlə yetirildiyi zaman bütün inanclara mənsub amerikalılar o insanların ətrafında toplaşdı. Bu gecə dualarımız “Mother Emanuel” kilsəsi ilə birlikdədir. Amerikalılar olaraq kim olduğu, nəyə oxşadığı, kimi sevdiyi, necə ibadət etdikləri səbəbindən heç kimin hədəf halına gəlməməsi üçün mübarizə aparırıq. Bu cür nifrət yaradan fəaliyyətlərə qarşıyıq.”

Obama həmçinin hicablı olduğu üçün işdən qovularaq məhkəməyə müraciət edən Samantanı da cəsarətinə görə təbrik edib:

“Samanta hamı kimi müsavi şərtlərə sahib olmaq üçün hicab geyinmək hüququnu qorumağa qərar vermişdi. Ali məhkəməyə qədər getdi ki, mən onun yaşında ikən belə bir şey eləyə bilməzdim. Samanta qazandı. Səninlə fəxr edirik Samnanta”.

88b19c824640

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26996

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930