Türk ordusu PKK-ya cəhənnəm yaşatdı – 261 ölü

30.07.2015 - 03:46

turkesgeriTürkiyə hökumətinin təlimatı ilə “Türk Sialhlı Qüvvələri”nin (TSK) son bir həftədə PKK terror təşkilatına qarşı başlatdığı hərbi əməliyyatlarda çox sayda terrorçu məhv edilib. ANS PRESS-in məlumatına görə, “ahaber” hərbi mənbələrə istinadən 261 terrorçunun öldürüldüyünü, 300-dən çox qruplaşma üzvünün isə yaralandığını bildirib.
“Terror təşkilatına qarşı başladılan hərbi əməliyyatlarda 261 terrorçu məhv edilib. Onlardan 188 nəfəri Kandildə öldürülüb. 28 nəfəri Uluderedə olmaqla 73 terrorçu da ölkə daxilində öldürülüb. 300 terrorçu yaralanıb. 150 hədəf artilleriya atəşi ilə vurulub. Kandilin ¼ məhv edilib. Tanker təyyarələr ilk dəfə havaya qalxaraq “F-16” qırıcılarını havada yanacaqla təmin edib. Ümumilikdə 70 hərbi təyyarə havaya qalxıb. Basdırılmış cəbbəxana çadırı məhv edilib. “F-16” və “F-4” qırıcıları terror hədəflərinə bomba yağdırıb. 25 “DŞK” pulemyotu məhv edilib. Yaralananlar arasında HDP-nin həmsədri Səlahəddin Demirtaşın qardaşı Nürəddin Demirtaşın olduğu da bildirilir.” – deyə hərbi mənbənin bəyanatında bildirilib.
Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.

Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.

Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadanzərbələr endirmişdi.

Həmin gün səhərə yaxın isə Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28984

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930