Terrorçular polis idarəsinə hücum etdi
İstanbulun Esenyurt rayonunun polis idarəsinə hücum olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2 terrorçu tərəfindən idarə atəşə tutulub.
Polisin cavab atəşindən sonra terrorçular qaçıb. Onların tutulması üçün polis əməliyyata başlayıb. Terrorçuların gizlənmə ehtimalı olan mənzillərdə və evlərin bağçalarında axtarışlar aparılır.
Əməliyyata vertolyotlar da dəstək verir.
Short URL: http://www.cumhuriyyet.net/?p=29944