İrəvanın mərkəzində etiraz aksiyası: “Ayağa qalx, Ermənistan”

22.08.2015 - 12:03
ermenistan2“Ayağa qalx, Ermənistan” hərəkatının fəalları İrəvanın mərkəzindəki Respublika meydanında ötən gün axşam saatlarından başlayan etiraz aksiyasını səhərədək davam etdirmək niyyətindədirlər .
APA-nın News.am-a istinadən verdiyi xəbərə görə, bu barədə aksiya zamanı hərəkat şurasının üzvü David Ovanisyan bildirib.
“Biz qanunsuzluğa yol vermiş polisləri gərginlikdə saxlayacağıq”, deyə o qeyd edib.
Məlumata görə,  “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları növbəti aksiyanı eyni məkanda sentyabrın 4-də keçirməyi qərara alıblar.
Məlumata görə, vəziyyət meydanda gərgin olaraq qalmaqdadır, fəallar və polis arasında mübahisə və toqquşmalar davam edir.
 Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30062

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930