Telman İsmayılov məhkəmə qarşısında: Həbs oluna bilər

24.08.2015 - 12:10

telmanTelman İsmayılovu məhkəmə gözləyir.

ANS PRESS-in məlumatına görə, bu gün məhkəmə Moskva Bankının Telman İsmayılovun firmasına qarşı qaldırdığı iddiasına baxacaq. Eyni zamanda Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib.

Moskvanın arbitraj məhkəməsi bu gün Moskva Bankının iddiası üzrə ilkin dinləmələr keçirəcək. Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi “AST” şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedir.

İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Əsas tələblər açıqlanmır.

Üçüncü tərəf kimi dinləməyə Britaniyanın Virciniya adalarında qeydiyyatda olan “Ruslan 2000” MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.

“AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hazırda Rusiyada yaşayır və “AST” Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu “Mardan Palace” adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Məlumatlara görə, Telman İsmayılov Türkiyənin “Antalyaspor” klubunu satın almaq istəyir. Hazırda onun oğlu “Antalyaspor”un vitse-prezidentidir. 
Читать полностью: http://news.day.az/turkey/607085.html

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30197

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930