Rubl kritik həddi keçdi – Böhran başladı
Rusiya rublunun ucuzlaşması bu gün də davam edib.
Axar.az xəbər verir ki, ötən həftə dolların kursu 69,12 rublla tamamlanmışdısa, bu gün birjaların açılması ilə ucuzlaşma da kəskin şəkildə özünü göstərib. Hazırda Moskva birjasında 1 dollar 71,049 rubla, bir avro isə 81,389 rubla təklif edilir və sürətli ucuzlaşma davam edir.
Xatırladaq ki, həftənin başlanması ilə Türkiyə milli valyutası da ciddi dəyər itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=30218