Federasiya prezidenti şirkət rəhbərini döydü

26.08.2015 - 10:25

rubenErmənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan “Air Armenia” aviaşirkətinin rəhbəri Arsen Avetisyanı döyərək xəstəxanalıq edib.

Azərtac xəbər verir ki, Ermənistan baş prokurorluğunun yaydığı məlumatda deyilir ki, A.Avetisyan futbol akademiyasında olarkən federasiyanın prezidenti tərəfindən döyülüb. Burun sümüyü sınan Arsen Avetisyan güclü qanaxma və ağır kəllə- beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

“Air Armenia” şirkətinin rəhbəri akademiyada olarkən R.Ayrapetyan və onun cangüdənləri tərəfindən döyüldüyünü bildirib. Federasiyanın prezidenti isə A.Avetisyanı tək döydüyünü və qarşıdurma zamanı cangüdənlərinin orada olmadığını bəyan edib. Münaqişənin pul borcuna görə yarandığı bildirilir.

R.Ayrapetyan sonradan ifadəsindən imtina etdiyi üçün federasiyanın prezidenti məhkəmə qarşısında çıxış etməyəcək.

Mətbuatın yazdığına görə, son vaxtlar Ermənistanda məmur özbaşınalığı dözülməz həddə çatıb. İndi ölkədə adi vətəndaşların deyil, ayrı-ayrı şirkət rəhbərlərinin, məmurların da tez-tez döyülməsi adi hal alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=30404

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728