“Neftçi”nin köhnə “düşməni”nə UEFA-dan şok

07.07.2016 - 17:13

uefaAlbaniya çempionu “Skenderbeu” Çempionlar Liqasında iştirak hüququndan məhrum olunub.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, klub danışılmış oyunlarda iştirakına görə qurum tərəfindən 1 mövsüm Avrokuboklardan diskvalifikasiya olunub. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparan klubun “Lokomotiv”, “Crusaders”, “Dinamo” və “Sporting”lə oyunlarda idman etikasından kənara çıxdığı önə sürülmüşdü. “Skenderbeu” bununla razılaşmayıb və apellyasiya müraciəti təqdim edib. Lakin UEFA-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, ÇL-da Albaniyanı vitse-çempion “Partizani” təmsil edəcək.

Qeyd edək ki, “Skenderbeu” Azərbaycan azarkeşlərinə də yaxşı tanışdır. 2013-cü ildə onlar UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı. Bir neçə gün öncə “Qarabağ” Avstriya toplanışında “Skenderbeu”ya minimal hesabla uduzmuşdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69233

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031