Rusiyanın Ermənistandakı hərbi bazasında aviasiya təlimləri keçirilib

12.07.2016 - 17:12

helekopterRusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsindəki hərbi bazasında aviasiya bölməsi helikopterlər vasitəsi ilə döyüş atışları həyata keçiriblər. ANS PRESS-in məlumatına görə, bu barədə dairənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlim çərçivəsində əsgərlər 100 kilometr yürüş həyata keçiriblər və hərbi helikopterlər vasitəsi ilə şərti düşmənin aviasiya hücumunu və diversiya-kəşfiyyat qruplarının hücumlarını əks etdiriblər. Eyni zamanda şərti zəhərli maddələrin yayıldığı əraziləri qət ediblər.

Qeyd olunur ki, müəyyən edilmiş mövqelərdə mühəndis bölmələrinin mütəxəssisləri istehkam qurğularının avadanlığı üzrə mühəndis işləri həyata keçiriblər və mina-partlayıcı maneələri quraşdırıblar.

Mətbuat xidmətinin məlumatına görə, müşahidə təlimləri müasir komplekslərin və “Navodçik-2”, “Orlan-10” və “Таksiоn” pilotsuz uçuş aparatlarının tətbiqi ilə aparılır.

Bildirilir ki, təlimlərdə qırıcı və ordu aviasiyasının dəstəyi ilə 100% şəxsi heyət, həmçinin zirehli tank, avtomobil və xüsusi hərbi texnika və hava hücumundan müdafiə vasitələri iştirak edir.

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsindəki hərbi bazasında hərbi hissəsinin döyüş hazırlığının yoxlanılmasına ötən gün başlanılıb. Yoxlama müddətində əsas diqqət növbətçi qüvvələrə və havadan müdafiəetmə sistemlərinə yönəlib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031